- ING Bank обновил прогноз роста ВВП Азербайджана до 2029 года.
- В 2026 году ожидается рост ВВП на 2%, что ниже предыдущего прогноза в 2,2%.
- Прогноз на 2027 год сохранен на уровне 3%, на 2028 год — 2,3%.
- За январь-май текущего года ВВП составил 51,784 млрд манатов.
- Нефтегазовый сектор сократился на 1%, ненефтегазовый вырос на 0,4%.
Day.Az xəbər verir ki, analitiklərin qiymətləndirməsinə əsasən, 2026-cı ildə illik ÜDM artımı 2 faiz təşkil edəcək. Halbuki əvvəlki proqnozda bu göstəricinin 2,2 faiz səviyyəsində olacağı gözlənilirdi.
2027-ci il üzrə proqnoz dəyişməyərək 3 faiz səviyyəsində saxlanılıb, 2028-ci ildə isə ÜDM-in 2,3 faiz artacağı gözlənilir.
2026-cı il üzrə rüblük göstəricilərə gəlincə, ikinci rübdə 2 faiz, üçüncü rübdə 3 faiz, dördüncü rübdə isə 3,3 faiz artım proqnozlaşdırılır.
2027-ci ildə dinamikanın belə olacağı gözlənilir: birinci rübdə 3 faiz, ikinci rübdə 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 3,5 faiz artım.
Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, cari ilin yanvar-may aylarında ölkədə 51,784 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1 faiz azalaraq 16,125 milyard manat təşkil edib, qeyri-neft-qaz sektorunda isə 0,4 faiz artaraq 35,658 milyard manata çatıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий