- Грузовой аэропорт в СЭЗ Алят будет построен к 2025 году
- Строительство началось в марте 2024 года
- Аэропорт создается совместно с Silk Way Airlines
- СЭЗ расположена на пересечении коридоров Восток-Запад и Север-Юг
- Проект направлен на привлечение высокотехнологичных компаний
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda Azərbaycan-Amerika Ticarət Palatası (AmCham Azerbaijan) tərəfindən təşkil olunmuş "TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya" konfransında bildirib,
"Ələt Azad İqtisadi Zonası Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşir. Bu isə rezident şirkətlərə avtomobil, dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə geniş bazarlara çıxış imkanı yaradır.
Yüksək texnologiyalı sahələr üçün yük hava limanının əhəmiyyətini nəzərə alaraq, yerli hava daşıyıcısı "Silk Way Airlines" ilə Ələt Azad İqtisadi Zonasında yük hava limanının yaradılması barədə razılıq əldə olunub. Bu, azad iqtisadi zona ərazisində yaradılacaq ilk hava limanı olacaq", - deyə o bildirib.
V. Ələsgərovun sözlərinə görə, tikinti 2024-cü ilin martında başlayıb və istifadəyə verilməsi növbəti ilə planlaşdırılır.
O qeyd edib ki, bu layihə Ələt Azad İqtisadi Zonasına yüksək texnologiyalı şirkətləri cəlb etməyə imkan verəcək.
İdarə Heyətinin sədri vurğulayıb ki, investorlar əvvəldən hazırlanmış infrastruktura və kommunikasiya xətlərinə malik sənaye torpaq sahələri ilə təmin olunurlar.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий