- Президент США Дональд Трамп поздравил премьер-министра Армении Никола Пашиняна с победой на парламентских выборах.
- Трамп выразил поддержку Пашиняну и уверенность в успешном развитии Армении под его руководством.
- Парламентские выборы в Армении прошли 7 июня 2026 года, победила партия 'Гражданский договор'.
Day.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
"Nikol Paşinyanı Ermənistanda keçirilən milli seçkilərdə inamlı qələbə münasibətilə təbrik edirəm.
Onun yenidən seçilməsi üçün namizədliyini dəstəkləməkdən böyük qürur duydum və əminəm ki, onun rəhbərliyi altında gözəl Ermənistan ölkəsi ən cəsarətli gözləntiləri belə üstələyən uğur və inkişaf səviyyəsinə çatacaq", - deyə o yazıb.
Qeyd edək ki, 2026-cı il iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib və seçkilərin nəticələrinə əsasən, "Vətəndaş Müqaviləsi" Partiyası qalib gəlib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий