- Китайская компания Hudong-Zhonghua начала строительство крупнейшего в мире СПГ-танкера типа QC-Max вместимостью 271 тыс. кубометров.
- Танкер строится по заказу QatarEnergy, длина 344 м, ширина 53,6 м, оснащен современной мембранной системой хранения.
- Планируемый ввод в эксплуатацию — 2028 год.
- CSSC получила заказ на 18 танкеров QC-Max в 2024 году, затем еще 6, общая стоимость контрактов — 56 млрд юаней (около 8,27 млрд долларов).
- Китай занимает более 30% мирового рынка строительства СПГ-танкеров, Hudong-Zhonghua имеет портфель заказов около 60 судов до 2030 года.
AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, tutumu 271 min kubmetr olacaq "QC-Max" tipli tankerin uzunluğu layihə üzrə 344 metr, eni 53,6 metr olacaq.
"QatarEnergy" şirkətinin sifarişi ilə inşa olunan tanker modern membran saxlama sistemi ilə təchiz olunacaq. 2028-ci ildə istismara verilməsi planlaşdırılan tanker enerji səmərəliliyi və ətraf mühit göstəriciləri, eləcə də naviqasiya təhlükəsizliyi daxil olmaqla əsas göstəricilər üzrə fərqlənəcək.
CSSC 2024-cü ildə 18 ədəd "QC-Max" tipli tankerin inşası üçün "QatarEnergy"dən sifariş alıb. Sonradan daha 6 eynitipli tankerin inşası ilə bağlı müqavilə imzalanıb. Ümumi dəyəri 56 milyard yuan (təxminən 8,27 milyard dollar) olan bu müqavilələr dünyada ən iri gəmiqayırma sifarişidir.
Çinin LNG gəmiqayırma sahəsində qlobal bazar payı hazırda 30 faizi keçib. Təkcə "Hudong-Zhonghua" təxminən 60 LNG daşıyıcısı sifarişinə malikdir və istehsal cədvəli 2030-cu ilədək doludur. Qrup sifariş edilmiş gəmilərin ümumi yük tutumuna görə dünyada birinci yerdədir.
Qeyd edək ki, hazırda dünyanın ən iri LNG tankeri "Qatargas" şirkətinə məxsus "Q-Max" tipli 266 min kubmetrlik "Mozah"dır.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий