Bakının Yasamal rayonunda obyekt yanır.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

"Əlavə məlumat veriləcək", - məlumatda qeyd edilib.