- Министр образования Эмин Амруллаев выступил против введения права как отдельного предмета в школах.
- Министр предложил преподавать право через интерактивные уроки, проекты и обсуждения.
- Он сравнил ситуацию с введением информатики 18 лет назад, когда не были созданы необходимые условия.
- Министр подчеркнул необходимость ответить на вопросы о подготовке учителей, учебных материалах и оценке знаний.
- Мероприятие прошло в рамках презентации исследования 'Правовое мышление подростков в Азербайджане' и книги 'Дети и Право'.
Trend -in tədbirdəki müxbiri xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" adlı kitabın təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, təhsil sistemində şagirdlər üçün kifayət qədər fərqli seçim imkanları yoxdur və məhz bu seçimlərin yaradılması istiqamətində işləmək lazımdır.
"Hüquq fənninin, dərslik kimi, ayrıca və standart bir formatda tədris olunmasındansa, onun yaradıcı müəllimlər tərəfindən interaktiv dərslər, layihələr və müzakirələr vasitəsilə öyrədilməsini daha məqsədəuyğun hesab edirəm. Hüquq bilikləri sadəcə dərs vəsaiti kimi deyil, həyat bacarığı kimi mənimsənilməlidir.
Təxminən 18 il əvvəl informatika fənninin məktəblərdə tədrisi ilə bağlı qərar qəbul edildi. Ancaq informatikanın keyfiyyətli tədrisi üçün yalnız dərslik kifayət etmir. Bunun üçün hazırlıqlı müəllimlər, texniki avadanlıq və uyğun infrastruktur da lazımdır. Təəssüf ki, həmin dövrdə bu məsələlər lazımi səviyyədə nəzərə alınmadı.
Bu gün hamıya hüquq savadı vermək istəyiriksə, əvvəlcə bir sıra vacib suallara cavab tapmalıyıq: Bunun üçün hansı şərtlər yaradılmalıdır? Nə qədər dərs vəsaiti hazırlanmalıdır? Neçə müəllimə ehtiyac var? Şagirdlərin bilik və bacarıqları necə qiymətləndiriləcək? Bu suallar cavablandırılmadan hər hansı yeni fənnin məktəb proqramına daxil edilməsi düzgün yanaşma deyil", - nazir qeyd edib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий