- Верификация возраста в соцсетях будет проводиться через банковскую карту, email и номер телефона.
- Запрещаются манипулятивные элементы дизайна, такие как бесконечная прокрутка и автовоспроизведение видео.
- Вводятся панели родительского контроля для отслеживания времени и контента детей.
- Персональные данные, собранные для верификации возраста, могут использоваться только для этой цели.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli İnzibati Xətalar Məcəlləsinə və bir sıra qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanun layihəsi çərçivəsində müəyyən öhdəliklər internet platformaları və xidmət provayderlərinin üzərinə də qoyulur.
"Yeniyetmələrdə asılılıq yarada bilən "infinite scroll" (sonsuz sürüşdürmə) funksiyası və videoların avtomatik oynadılması kimi manipulyativ dizayn elementlərinin tətbiqi qadağan edilir. Eyni zamanda, valideynlərə uşaqların platformalarda keçirdiyi vaxta və qarşılaşdığı məzmuna nəzarət etmək imkanı verən aktiv nəzarət panelləri təqdim olunmalıdır", - deyə H.Hüseynli bildirib.
O qeyd edib ki, yaşın təsdiqlənməsi məqsədilə toplanan fərdi məlumatlardan yalnız bu məqsəd üçün istifadə edilməlidir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий