- Министр культуры Адиль Керимли опроверг слухи о закрытии библиотек
- Библиотеки являются приоритетной сферой для государства
- Проведен мониторинг библиотек, включающий инфраструктуру, кадры и фонды
- Собранные данные анализируются для реформирования библиотечной системы
- Цель реформ - адаптация библиотек к современным требованиям
"Bəzən cəmiyyətdə belə fikirlərlə qarşılaşırıq ki, guya Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır və ya bu sahəyə münasibət soyuqdur. Bu, qətiyyən doğru deyil və belə bir mövqe qəbul edilə bilməz".
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirədə deyib.
Nazir bildirib ki, kitabxanalar Mədəniyyət Nazirliyi üçün mühüm və vacib təsisatlardır.
"Kitabxanalar dövlətimiz üçün prioritet sahələrdən biridir. Məlumatın əldə olunması və maarifləndirmə fəaliyyətinin təmin edilməsi baxımından onların rolu əvəzsizdir", - deyə A.Kərimli qeyd edib.
Nazir əlavə edib ki, kitabxanaların fəaliyyəti ilə bağlı geniş araşdırmalara başlanılıb.
"İlk monitorinq apardığımız sahələrdən biri ölkə ərazisində fəaliyyət göstərən və Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxana strukturlarının, eləcə də kitabxana müəssisələrinin kompleks şəkildə qiymətləndirilməsi olub. Monitorinq həm infrastrukturu, həm kadr potensialını, həm də kitabxana fondlarını, yəni məzmun fəaliyyətini əhatə edib.
Üç il ərzində kifayət qədər geniş həcmdə məlumat toplanıb. Hesab edirik ki, bu məlumatların toplanması və təhlili xüsusi həssaslıq tələb edir. Çünki kitabxana sahəsi bütövlükdə milli bilik mənbəyi kimi çıxış edən əsas təsisatlardan biridir. Burada aparılacaq islahatların nəticəyönümlü və səmərəli olması üçün ciddi təhlilə ehtiyac var.
Bu təhlillər artıq sistemləşdirilib və düşünürük ki, kifayət qədər məlumat bazası formalaşıb. Komandamızın və bu sahənin peşəkar mütəxəssislərinin iştirakı ilə həmin məlumatlar ətraflı təhlil olunub.
Təhlillərin nəticələri göstərir ki, dövlət başçısının Mədəniyyət Nazirliyi qarşısında qoyduğu əsas vəzifələrdən biri məhz bu sahədə fəaliyyətin təkmilləşdirilməsidir. Məqsəd kitabxana sistemini müasir tələblərə uyğunlaşdırmaq, onun fəaliyyətini daha səmərəli, dayanıqlı və yüksək keyfiyyət göstəricilərinə əsaslanan formada təşkil etməkdir.
Bu istiqamətdə hansı işlərin görülməli olduğu, hansı yeni yanaşmaların tətbiq edilməsinin vacibliyi barədə artıq konseptual baxışımız formalaşıb", - deyə nazir bildirib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий