- Бакинское управление ГАИ обратилось к компаниям по аренде автомобилей с призывом не сдавать машины школьникам и лицам без водительских прав в связи с мероприятием 'Последний звонок'.
- Аренда автомобилей несовершеннолетними или лицами без прав создает угрозу их жизни и здоровью, а также других участников движения.
- При выявлении нарушений будут приняты меры в соответствии с законодательством.
Bakı Şəhər DYP İdarəsinin avtomobil icarəsi şirkətlərinə müraciət edib.
Day.Az xəbər verir ki, müraciətdə qeyd olunur:
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn "Son zəng" tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.
Bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edir, nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları baxımından olduqca təhlükəlidir.
Bununla əlaqədar avtomobil icarəsi şirkətlərindən xahiş olunur ki, nəqliyyat vasitələrinin icarəyə verilməsi zamanı sürücülük vəsiqəsinin etibarlılığına, şəxsin yaşına və nəqliyyat vasitəsini idarə etmək hüququna xüsusi diqqət yetirsinlər. "Son zəng" tədbirləri ilə bağlı əyləncə məqsədilə məktəblilərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim etməsinlər.
Belə hal aşkarlandığı təqdirdə həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
Bu məsələdə göstəriləcək həssas yanaşma mümkün xoşagəlməz hadisələrin qarşısının alınmasına və məzun gününün təhlükəsiz şəraitdə keçirilməsinə xidmət edəcək".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий