- 9 июня 2026 года в школе №156 поселка Шувелан проведено мероприятие 'Путешествие в тюркский мир'.
- Мероприятие организовано Комитетом по культуре Милли Меджлиса Азербайджана, Управлением образования Баку и Исполнительной властью Хазарского района.
- На мероприятии представлены тематические шатры, отражающие культурное наследие тюркских государств.
- Учащиеся школы исполнили музыкальные и танцевальные номера, национальные игры и композиции.
- В мероприятии участвовали депутат Гюнай Эфендиева, глава Исполнительной власти Хазарского района Эльшан Салахов, дипломаты тюркских государств.
Day.Az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşlığı ilə təşkil olunub.
Türk xalqlarının zəngin tarixi-mədəni irsinin, ortaq mənəvi dəyərlərinin və qardaşlıq əlaqələrinin təbliği məqsədi daşıyan tədbirdə Türk dövlətlərinin milli-mədəni irsini, adət-ənənələrini və mətbəx nümunələrini əks etdirən tematik çadırlar nümayiş etdirilib. Məktəbin həyətində qurulan ekspozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin bədii hissəsində 156 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən türk xalqlarına məxsus musiqi və rəqs nömrələri, milli oyunlar və müxtəlif bədii-kompozisiyalar təqdim olunub. Şagirdlərin çıxışları türk dünyasının ortaq mədəni dəyərlərini və qardaşlıq ruhunu əks etdirərək tamaşaçıların rəğbətini qazanıb.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Günay Əfəndiyeva, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Türk dövlətlərinin ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, kütləvi informasiya vasitələrinin təmsilçiləri, təhsil ictimaiyyəti və digər qonaqlar iştirak ediblər.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий