Bu barədə Day.Az -a Daxiili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində Şahbaz Qarayev, eləcə də Səməndər Cəfərovun sərnişini Rza Qasımov hadisə yerində həyatlarını itirib.

Sözügedən yol-nəqliyyat hadisəsi zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi yorğun, yuxusuz və ya səhhətində problem olan şəxslərin sükan arxasında əyləşməsi səbəbindən dəfələrlə ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin törədildiyini bir daha təəssüflə qeyd edir, sürücülərə müraciət edərək onları belə hallardan çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.