- МИД Азербайджана обратился к гражданам в связи с ростом международной напряженности и вооруженными конфликтами в Украине и на Ближнем Востоке
- Зафиксированы случаи гибели и ранений азербайджанских граждан в зонах конфликтов
- Гражданам рекомендовано избегать поездок в зоны конфликтов и оценивать риски безопасности
- Участие граждан в вооруженных конфликтах за рубежом влечет уголовную ответственность по законодательству Азербайджана
- Дипломатические представительства продолжают защиту прав граждан за рубежом
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilib ki, bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə səfər edən və ya fəaliyyət göstərən vətəndaşlarımızın həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradır.
"Bu kontekstdə, vətəndaşlarımıza xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmələrinə, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almalarına, münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən yayınmalarına bir daha çağırış edirik.
Bununla yanaşı, vətəndaşların muzdlu və ya könüllü əsasda xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda hər hansı bir formada iştirakının Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti ehtiva etdiyini bir daha diqqətə çatdırırıq.
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları xaricdə olan vətəndaşlarımızın hüquq və maraqlarının müdafiəsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Bununla yanaşı, hər bir vətəndaşın öz təhlükəsizliyinə məsuliyyətlə yanaşması və yüksək riskli fəaliyyətlərdən uzaq durması xüsusi əhəmiyyət kəsb edir.
Xarici İşlər Nazirliyi beynəlxalq vəziyyətlə bağlı inkişafları diqqətlə izləməyə davam edir", - bəyanatda qeyd olunub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий