- Предотвращена попытка ввоза наркотиков из Ирана в Азербайджан
- Изъято 32 кг 365 г наркотиков, включая 27 кг 65 г марихуаны, 5 кг 300 г героина и 7200 таблеток метадона
- Операция проведена пограничным отрядом 'Ленкорань' Государственной пограничной службы
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə Day.Az -a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Əməliyyat zamanı ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitə, o cümlədən 27 kiloqram 65 qram marixuana, 5 kiloqram 300 qram heroin, həmçinin 7200 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий