Day.Az bu barədə Gürcüstan DİN mətbuat xidmətinə istinadən xəbər verir.

"Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, Gürcüstan vətəndaşı ilə əcnəbinin Gürcüstanda yaşayış icazəsi və/və ya ölkədə qanuni qalmaq üçün digər əsaslar əldə etmək məqsədilə bağladığı saxta nikah cinayət məsuliyyəti yaradan əməl hesab ediləcək", - deyə məlumatda deyilir.

Cəza olaraq iki ilədək müddətə azadlıqdan məhrumetmə və ya 1 ildən 2 ilədək ev dustaqlığı, əcnəbinin ölkədən deportasiyası və onun 2 ildən 10 ilədək müddətə ölkəyə girişinə qadağa qoyulması, yaxud cərimə nəzərdə tutulur.