Day.Az xəbər verir ki, bu barədə AZƏRTAC -ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların ailə qayğısı ilə əhatə edilməsi, övladlığa və himayədar ailələrə verilməsi istiqamətində ƏƏSMN tərəfindən ardıcıl tədbirlər görülür. Nazirliyin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə" altsistemi vasitəsilə bu sahədə proseslərin şəffaf, operativ və effektiv şəkildə təşkili təmin edilir.

Qeyd edək ki, övladlığa uşaq götürmək istəyən valideyn-namizədlər müraciət qaydaları ilə nazirliyin "e-sosial.az" internet portalında tanış ola bilərlər.