- Столкновение автомобилей VAZ-2106 и VAZ-2107 в Горанбойском районе
- Спасены Гюльнара Гусейнова (1942 г.р.) и Чинара Аскерова (1991 г.р.) с травмами
- Обнаружены тела Рзы Гасымова (1969 г.р.) и Шахбаза Гараева (1940 г.р.)
- Всего пострадало 3 человека, погибло 2 человека
- Спасатели МЧС извлекли пострадавших из деформированных автомобилей
Fövqəladə Hallar Nazirliyindən Day.Az -a verilən məlumata görə, hadisə ilə bağlı nazirliyin "112" qaynar telefon xəttinə avtomobillərdə insanların sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Hadisə yerində aparılan qiymətləndirmə zamanı "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşduğu müəyyən edilib. Qəza nəticəsində bir neçə nəfər deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi avadanlıqlardan istifadə etməklə müxtəlif dərəcəli bədən xəsarətləri alan 1942-ci il təvəllüdlü Gülnarə Hüseynovanı və 1991-ci il təvəllüdlü Çinarə Əsgərovanı avtomobillərdən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Həmçinin xilasedicilər 1969-cu il təvəllüdlü Rza Qasımovun və 1940-cı il təvəllüdlü Şahbaz Qarayevin meyitlərini avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qəza nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb, 2 nəfər isə həyatını itirib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий