- Иран пригрозил ударить по всем нефтегазовым объектам США и Израиля в регионе в случае новых атак на его энергосектор.
- США и Израиль начали военные операции против Ирана 28 февраля, нанеся удары по крупным городам, включая Тегеран.
- В результате ударов погибли верховный лидер Ирана аятолла Али Хаменеи и другие высокопоставленные лица.
- Иран нанес ответные удары по объектам США в нескольких странах, используя баллистические и крылатые ракеты, а также беспилотники.
- 7 апреля США и Иран договорились о временном прекращении огня для предотвращения эскалации и начала переговоров.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, İranın hədəflər siyahısına eyni zamanda Amerika neft və qaz şirkətlərinin obyektləri də salınacaq.
Bundan əvvəl İsrail İranın neft-kimya obyektlərinə zərbələrin endirildiyini təsdiqləmişdi. "Al Alam" telekanalı bildirib ki, zərbələr nəticəsində Xuzistan əyalətində yerləşən neft-kimya müəssisəsinə məxsus obyektlər zədələnib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий