- Azeri Light CIF вырос на 0.34 доллара до 102.18 доллара за баррель
- Azeri Light FOB вырос на 0.18 доллара до 99.82 доллара за баррель
- Urals снизился на 0.56 доллара до 74.92 доллара за баррель
- Dated Brent снизился на 0.7 доллара до 99.13 доллара за баррель
Day.Az -ın məlumatına görə, Azərbaycandakı "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan Azeri Light CIF markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,34 ABŞ dolları və ya 0,3 faiz artaraq 102,18 ABŞ dolları təşkil edib.
Məlumata əsasən, bu markalı xam neftin həftə ərzində maksimal qiyməti bir barel üçün 104,58 ABŞ dolları, minimal qiyməti isə 99,48 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 99,82 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 0,18 ABŞ dolları və ya 0,2 faiz artım deməkdir. Həftə ərzində maksimal qiymət 102,48 ABŞ dolları, minimal qiymət isə 97,01 ABŞ dolları olub.
Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,56 ABŞ dolları və ya 0,7 faiz azalaraq bir barel üçün 74,92 ABŞ dolları təşkil edib. Həftə ərzində maksimal qiymət 77,06 ABŞ dolları, minimal qiymət isə 72,68 ABŞ dolları olub.
Dated Brent markalı neftin orta qiyməti isə bir barel üçün 99,13 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 0,7 ABŞ dolları və ya 0,7 faiz azalma deməkdir. Həftə ərzində maksimal qiymət 100,30 ABŞ dolları, minimal qiymət isə 97,48 ABŞ dolları olub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий