- В Стамбуле введен запрет на вход в леса с 8 июня по 15 октября 2026 года из-за риска лесных пожаров.
- Запрет распространяется на пеший и автомобильный доступ, за исключением специальных зон отдыха и пикников.
- Запрещено разведение костров, использование мангалов, газовых баллонов и курение кальяна.
- Нарушителям грозят административные и правовые меры, усилен контроль.
Day.Az xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.
Belə ki, qərara əsasən, qadağa 8 iyun tarixindən başlayaraq 15 oktyabr 2026-cı ilədək qüvvədə olacaq.
Məhdudiyyət çərçivəsində müəyyən edilmiş istirahət və piknik zonaları istisna olmaqla, meşəlik ərazilərə piyada və ya avtomobillə girişə icazə verilməyəcək. Həmçinin manqal qalamaq, açıq od yandırmaq, qaz balonundan istifadə etmək və qəlyan çəkmək də qadağan olunub.
İcra hakimiyyəti bildirib ki, qərar mümkün meşə yanğınlarının qarşısını almaq məqsədi daşıyır.
Qaydalara əməl etməyən şəxslər barəsində inzibati və hüquqi tədbirlər görüləcək, nəzarət tədbirləri isə gücləndiriləcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий