Bu barədə Day.Az -a Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, zədələnmə nəticəsində qaz sızması baş verib. Qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə Liman şəhəri, Nərimanabad qəsəbəsi, Balıqçılar və Üzümçülük yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Məlumata görə, qəza-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.