O bildirib ki, milllo Avropa çempionatına çox ciddi hazırlaşıb:

"Turnirə son çempion kimi qatılmışdıq. Bütün rəqiblər də bizi yaxşı analiz etmişdilər. Hər bir oyunda çətinlik çəkdik. Millinin hər bir üzvü oyunlara tamamilə fərqli motivasiya hissi ilə çıxırdı. Biz bu çətin işin öhdəsindən gəldik. İkinci dəfə ardıcıl Avropa çempionu olduq. Üzərimizdə çox böyük məsuliyyət hissi var idi".