Məlumata görə, hərbçilər gəminin göyərtəsinə enərək, beynəlxalq hüquqa uyğun olaraq gəmidə yoxlama aparıb.

"Biz qanunsuz şəbəkələrin fəaliyyətini pozmaq və harada fəaliyyət göstərməsindən asılı olmayaraq, İrana maddi dəstək verən gəmilərin qarşısını almaq məqsədilə qlobal dəniz nəzarəti tədbirlərini davam etdirəcəyik",-deyə Pentaqonun məlumatında qeyd edilir..

Müharibə Nazirliyi vurğulayır ki, dəniz məkanında qanunsuz fəaliyyət göstərən şəxsləri və onlara məxsus gəmiləri hərəkət sərbəstliyindən məhrum etmək istiqamətində fəaliyyətini davam etdirəcək.