- Google Chrome сохранил лидерство в Азербайджане с долей рынка 81,04% в мае 2023 года.
- Доля Chrome выросла на 1,53 процентных пункта по сравнению с предыдущим месяцем.
- Safari занял второе место с долей 8,25%, снизившись на 1,99 п.п.
- Firefox увеличил долю на 2,01 п.п. до 2,59%.
- Samsung Internet вырос на 0,5 п.п. до 3,4%, Opera снизилась на 0,43 п.п. до 1,83%.
Day.Az -ın "Global Stats" Statistika Mərkəzindən əldə etdiyi məlumata görə, "Google Chrome"un bazar payı əvvəlki ayla müqayisədə 1,53 faiz bəndi artıb.
Hesabat dövründə "Safari" internet brauzerinin Azərbaycan bazarındakı payı 8,25 faiz olub ki, bu da əvvəlki ayla müqayisədə 1,99 faiz bəndi azalma deməkdir.
Siyahıda növbəti yeri "Firefox" internet brauzeri tutub. Belə ki, onun Azərbaycan bazarındakı payı 2,01 faiz bəndi artaraq 2,59 faizə çatıb.
Eyni dövrdə "Samsung" internet brauzerinin bazar payı 0,5 faiz bəndi artaraq 3,4 faizə yüksəlib, "Opera" brauzerinin payı isə 0,43 faiz bəndi azalaraq 1,83 faiz təşkil edib.
Hesabat dövründə "Edge" internet brauzerinin bazar payı 0,4 faiz bəndi azalaraq 1,44 faizə enib.
Bu ilin may ayında "Brave" internet brauzerinin bazar payı da 0,14 faiz bəndi azalaraq 0,31 faiz olub./ Trend
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий