Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, paylaşımda qeyd olunub:

"Azərbaycanın regionda ilk dəfə olaraq Ümumdünya Ətraf Mühit Günü ilə bağlı qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna və planetimizi qorumaq naminə kollektiv səylərə verdiyi töhfəsinə yüksək qiymətin göstəricisidir".