"Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının ikinci toplantısı çərçivəsində Macarıstan Mərkəzi Bankının sədri Mixali Varqa ilə rəhbərlik etdiyimiz qurumlar arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzaladıq",- deyə AMB sədri bildirib.
Onun sözlərinə görə, memorandum çərçivəsində, monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində qarşılıqlı məlumat mübadilələri aparılacaq; görüşlər, seminarlar, təcrübə mübadilələri, təlim proqramları və işgüzar səfərlər vasitəsilə texniki əməkdaşlıq dərinləşdiriləcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий