Bir neçə il əvvəl iki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalandığını xatırladan Rusiya dövlətinin başçısı qeyd edib:
"Prezident İlham Əliyev bu müqaviləni konkret məzmunla zənginləşdirmək üçün xeyli səy göstərir. Bu öz əksini əməkdaşlığımızın konkret istiqamətlərində tapır".
Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının həcminin 10 milyard dolları keçdiyini vurğulayan Vladimir Putin deyib:
"Rusiya kapitalı ilə çoxlu sayda müəssisə fəaliyyət göstərir. Humanitar məsələlərdə sıx qarşılıqlı fəaliyyətimiz var".
Vladimir Putin, həmçinin iki ölkənin logistika sahəsində qarşılıqlı maraq doğuran bir çox məsələsinin olduğunu bildirib. Rusiya Prezidenti buna nümunə olaraq "Şimal-Cənub" nəqliyyat dəhlizini göstərib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий