- Ученые из Дании и Австралии обнаружили ранее неизвестный вирус, который может играть роль в развитии рака толстой и прямой кишки.
- Вирус является бактериофагом, скрывающимся внутри бактерии Bacteroides fragilis.
- Исследование показало, что у пациентов с раком кишечника этот бактериофаг встречается примерно в два раза чаще, чем у здоровых людей.
- Результаты опубликованы в журнале Communications Medicine.
- В будущем анализ кала на наличие этого вируса может помочь в ранней диагностике рака толстой кишки.
Day.Az xəbər verir ki, araşdırmaya görə, bu virus bağırsaqlarda yaşayan Bacteroides fragilis bakteriyasının daxilində gizlənən bakteriofaqdır.
Tədqiqatın nəticələri Communications Medicine jurnalında dərc olunub.
Mütəxəssislər uzun illərdir ki, bu bakteriyanın həm sağlam insanlarda, həm də bağırsaq xərçəngi xəstələrində rast gəlinməsinin səbəbini araşdırırdılar. Genetik sekvensləşdirmə üsulu ilə aparılan yeni analizlər göstərib ki, xərçəng xəstələrində bakteriyanın daxilində xüsusi bir virus daha çox mövcuddur. Alimlərin fikrincə, məhz həmin virus bakteriyanın davranışını dəyişdirərək xəstəliyin inkişafına təsir göstərə bilər.
Araşdırma 877 nəfər üzərində yoxlanılıb və məlum olub ki, bu bakteriofaq bağırsaq şişi olan insanlarda sağlam şəxslərlə müqayisədə təxminən iki dəfə daha çox rast gəlinir. Tədqiqat müəllifləri hesab edirlər ki, gələcəkdə həmin virusun aşkarlanması üçün nəcis analizləri hazırlanarsa, bu, yoğun bağırsaq xərçəngi riskinin erkən mərhələdə müəyyən edilməsinə və xəstəliyin vaxtında diaqnostikasına kömək edə bilər.
Комментарии
Загрузка…
Оставить комментарий