- Baku Energy Week включает 30-ю юбилейную Caspian Oil and Gas, 13-ю Caspian Power и 30-й Baku Energy Forum.
- В энергетической неделе участвуют 267 компаний из 39 стран.
- Депутат Мушфиг Джафаров заявил, что мероприятие демонстрирует экономический суверенитет Азербайджана.
- Основы современной энергетической политики заложены 'Контрактом века' в 1994 году.
- Президент Ильхам Алиев подчеркнул переход к зеленой энергии и стратегические отношения с США.
Day.Az xəbər verir ki, bu fikirləri Trend -ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, bu beynəlxalq platforma Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları nümayiş etdirməklə yanaşı, yeni çağırışlara uyğun təşəbbüslərin, texnologiyaların və əməkdaşlıqların müzakirə olunduğu mühüm bir mərkəzdir:
"Azərbaycanın müasir enerji siyasətinin təməli 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış "Əsrin müqaviləsi" ilə qoyulub. Bu müqavilə yalnız bir neft sənayesi layihəsi deyil, həm də ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasının başlanğıcı idi. Bu strateji əhəmiyyətli qərar Azərbaycanın iqtisadi müstəqilliyini və siyasi suverenliyini gücləndirməyə xidmət etdi".
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin sərginin açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər ölkənin enerji sahəsindəki gələcək prioritetlərini də aydın şəkildə göstərir:
"Azərbaycanın enerji siyasəti təkcə neft və qaz hasilatı ilə məhdudlaşmır, həm də yaşıl enerji keçidi, təchizatın şaxələndirilməsi və dayanıqlı infrastrukturun qurulması kimi vücib layihələrin icrasını da həyata keçirdir. Azərbaycanın uzun illər uğurla həyata keçirdiyi enerji layihələri regionda sabitliyin təminatçısına çevrilməsini təmin edib".
Parlamentari vurğulayıb ki, Bakı Enerji Həftəsi Azərbaycanın yalnız enerji siyasətini deyil, həm də qlobal əməkdaşlıq mədəniyyətini, dayanıqlı inkişaf prinsipini, iqtisadi suverenliyini və müasir dövlətçiliyini nümayiş etdirir. Bu tədbir Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır. Layihə çərçivəsində təşkil olunan tədbirlər həm keçmişin uğurlarını xatırladır, həm bu günün reallıqlarını təqdim edir, həm də gələcəyi aydın şəkildə göstərir.
"Prezident İlham Əliyevin 31-ci Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın qlobal enerji siyasətinin ənənəvi enerji ehtiyatlarından yaşıl enerjiyə keçid strategiyasını və artan regional liderlik rolunu təsdiqləməklə yanaşı, Azərbaycanla Amerika arasındakı strateji münasibətləri inkişafının da təsdiqi oldu.
Prezident İlham Əliyevçıxışında hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin Donalt Trampın çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəldiyi qeyd etməsi iki ölkə arasında artan inamın etibarın və əməkdaşlığın sözlə ifadəsi oldu", - deyə M.Cəfərli fikirlərinə yekun vurub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий