- Транспортный эксперт Эльданиз Джафаров высказался против увеличения лимита штрафных баллов.
- Эксперт предлагает снизить количество баллов за некоторые нарушения, например, за нарушение правил остановки-стоянки.
- Эксперт считает, что система штрафов должна быть более гибкой и справедливой, учитывать случайные нарушения.
Mövzu ilə bağlı Day.Az -a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, cərimə ballarının limitini artırmaq əvəzinə bəzi hallarda cərimə ballarını azaltmaq daha doğru ola bilər.
O, misal çəkərək qeyd edib ki, dayanma-durma qaydasının pozulmasına görə iki cərimə balının tətbiqi bir qədər artıq görünür.
"Bu pozuntu üçün bir balın yetərli olduğunu düşünürəm. Eyni zamanda, sürücülərin də baxışını nəzərə almaq vacibdir. Çünki qayda pozuntuları çox vaxt təsadüfən baş verir, bəziləri isə tamamilə əsassız ola bilir. Ona görə də cərimə sistemində bir qədər yumşaqlıq olmalıdır. Ümumilikdə, ya bəzi cərimə halları sadələşdirilə, ya cərimələr daha düzgün tətbiq oluna, ya da cərimə ballarının və limitlərinin artırılması variant kimi nəzərdən keçirilə bilər. Bu yanaşmalar həm sürücülər üçün ədalətli olar, həm də qayda pozuntularının qarşısını almağa kömək edər", - deyə o bildirib.
"Bu pozuntu üçün bir balın yetərli olduğunu düşünürəm. Eyni zamanda, sürücülərin də baxışını nəzərə almaq vacibdir. Çünki qayda pozuntuları çox vaxt təsadüfən baş verir, bəziləri isə tamamilə əsassız ola bilir. Ona görə də cərimə sistemində bir qədər yumşaqlıq olmalıdır.
Ümumilikdə, ya bəzi cərimə halları sadələşdirilə, ya cərimələr daha düzgün tətbiq oluna, ya da cərimə ballarının və limitlərinin artırılması variant kimi nəzərdən keçirilə bilər. Bu yanaşmalar həm sürücülər üçün ədalətli olar, həm də qayda pozuntularının qarşısını almağa kömək edər", - deyə o bildirib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий