- Окончательное инвестиционное решение по разработке месторождения 'Карабах' будет принято в ближайшее время.
- Об этом заявил исполнительный вице-президент bp по добыче и операционной деятельности Гордон Биррелл.
- Месторождение 'Карабах' было открыто несколько лет назад и считается хорошо изученным активом.
- bp планирует использовать современные технологии, включая бурение многоствольных скважин и пакетное применение оборудования.
- Применение этих технологий сделает проект более привлекательным для инвестиций.
"Qarabağ" yatağının işlənməsi üzrə yekun investisiya qərarı yaxın zamanda qəbul ediləcək.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu bp-nin hasilat və əməliyyat fəaliyyəti üzrə icraçı vitse-prezidenti Qordon Birrell Bakıda keçirilən Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, "Qarabağ" yatağı bir neçə il əvvəl kəşf olunub və artıq yaxşı öyrənilmiş aktiv hesab edilir.
Birrelin sözlərinə görə, müxtəlif dövrlərdə bir sıra şirkətlər bu yatağın işlənməsinə maraq göstərib.
Qordon Birrell bildirib ki, bp yatağın kommersiyalaşdırılması üçün ən müasir texnologiyalardan istifadə etməyi planlaşdırır.
"Xüsusilə layihə çoxşaxhəli quyuların qazılmasını, eləcə də dəniz əməliyyatlarının həyata keçirilməsi üçün zəruri avadanlıqların paket şəkildə tətbiqini nəzərdə tutur", - deyə o qeyd edib.
bp rəsmisi vurğulayıb ki, bu texnologiyaların tətbiqi layihəni investisiya baxımından daha cəlbedici edəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий