КОРОТКО
- На посту 'Юг-Астара' задержана партия марихуаны весом 22 кг 565 г.
- Наркотики были спрятаны в грузе салата, следовавшем из Ирана в Россию.
- Использование служебной собаки помогло обнаружить 191 пакет с наркотиком.
Dövlət Gömrük Komitəsindən Day.Az -a verilən məlumata görə, "Cənub-Astara" gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına "kahı" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlanılıb.
Bildirilib ki, baxış zamanı yükdə şübhəli cizgilər müşahidə olunduğundan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzəri kahı ilə örtülmüş 191 bağlamadan xalis çəkisi 22 kiloqram 565 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Источник: news.day.az
Материал обработан с использованием ИИ
Комментарии
Загрузка…
Оставить комментарий