- В 295 школах Баку функционируют 928 подготовительных групп.
- 21 521 ребенок посещает подготовительные группы.
- Занятия проходят с 1 октября по 31 мая.
- Цель групп — психологическая устойчивость, коммуникативные навыки и адаптация к учебной среде.
- В программу входят 7 предметов, включая знакомство с окружающим миром, развитие речи, логику, музыку и физкультуру.
Day.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Məlumata görə, 2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 295 ümumi təhsil müəssisəsi üzrə 928 məktəbəhazırlıq qrupunda 21 521 uşaq məşğələyə cəlb olunub.
Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək və onları təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir.
Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi" və "Fiziki mədəniyyət" dərs məşğələləri keçirilib.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий