- Женская сборная Азербайджана по настольному теннису выиграла все 8 матчей второго тура в Астане.
- Мужская сборная Азербайджана (юниоры) выиграла все 7 матчей в Таразе.
- Обе команды лидируют в турнирной таблице Евразийской лиги среди 12 команд.
- В соревнованиях участвуют спортсмены из Казахстана, Азербайджана, России, Узбекистана и Кыргызстана.
- Следующие туры пройдут в сентябре и декабре.
Day.Az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, qadınlardan ibarət millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova və Aylin Əsgərovadan ibarət komanda ikinci turun Astanada keçirilən 8 görüşunü də qələbə ilə başa vurub.
Rüstəm Hacılı, Adil Əhmədzadə və Onur Quluzadədən ibarət heyət isə gənclərdən ibarət yığma komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Taraz şəhərində keçirilən 7 qarşılaşmanın hamısında qələbə qazanıb.
İki turun nəticələrinə əsasən, hər iki komanda 12 kollektivin mübarizə apardığı turnir cədvəlinin zirvəsinə yüksəlib. Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan və Qırğızıstan idmançılarının qatıldığı yarışın növbəti turları sentyabr və dekabrda təşkil olunacaq.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий