Day.Az bu barədə Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Belə ki, əvvəllər məhkum olunmuş 38 yaşlı Tural Bəkirov və 53 yaşlı Mehman Abdurahmanov saxlanılıblar. Onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 45 kiloqram marixuana, eləcə də 650 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.