Day.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66,1 milyon manat və ya 14,6% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 63,6 milyon manat və yaxud 34% artaraq 250,6 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-aprel aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48,4 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 610,216 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 21,7 milyon manat və ya 3,7% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 304,353 milyon manat təşkil edib.

Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 73 milyon manat və ya 31,6% çoxdur.