- Посольство США в Азербайджане поздравило азербайджанский народ с праздником Курбан-байрам.
- В поздравлении подчеркнута ценность милосердия, щедрости и единства.
- Отмечены богатые традиции Азербайджана в области религиозной толерантности и мультикультурализма.
- Высоко оценено партнерство между США и Азербайджаном.
Day.Az xəbər verir ki, bu barədə səfirliyin rəsmi sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.
Bildirilib ki, ABŞ-nin Bakıdakı Səfirliyi Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Qurban bayramını qeyd edən hər kəsə səmimi təbriklərini çatdırır.
"Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir. ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk.
Qurban bayramınız mübarək!" - deyə paylaşımda qeyd olunub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий