- Лейла Алиева посетила фермерское хозяйство 'Яшил чай' в Ленкорани.
- Хозяйство основано в 2006 году, общая площадь более 100 га, из них 55 га чайных плантаций.
- Лейла Алиева участвовала в сборе чая вместе с работниками.
- Подчеркнута роль хозяйства в сохранении традиций чаеводства и развитии экологического сельского хозяйства.
- Отмечен потенциал хозяйства как агротуристического объекта.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, Leyla Əliyeva təsərrüfatın fəaliyyəti, burada yetişdirilən çay sortları və istehsal olunan məhsullarla yaxından tanış olub. Bildirilib ki, təsərrüfat Lənkəranın ənənəvi çayçılıq mədəniyyətinin yaşadılması, yerli istehsalın inkişafı və ekoloji kənd təsərrüfatının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Çay plantasiyasında çalışan işçilərlə birlikdə çay yığımında iştirak edən Leyla Əliyeva onlarla səmimi söhbət edib, gündəlik iş prosesi və təsərrüfatdakı fəaliyyətləri ilə maraqlanıb. Görüş zamanı xatirə şəkilləri çəkdirilib.
Fermer təsərrüfatının sahibi Araz Yağubov bildirib ki, 2006-cı ildə yaradılmış təsərrüfat 100 hektardan çox ümumi torpaq sahəsini əhatə edir. Bunun 55 hektarını çay plantasiyası təşkil edir. Ekoloji kənd təsərrüfatının ətraf mühitin qorunmasına, yerli istehsalın inkişafına və regionda məşğulluğun artırılmasına töhfə verdiyi vurğulanıb, təsərrüfatın aqroturizm məkanı kimi potensialı xüsusi qeyd olunub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий