Ailələrə gündəlik tələbat məhsullarından ibarət sovqat qutuları təqdim edilib.

Xeyriyyə aksiyasının əsas məqsədi bayram günlərində sosial qayğıya ehtiyacı olan ailələrə dəstək göstərmək, paylaşma və həmrəylik dəyərlərini təşviq etmək olub. Layihə çərçivəsində ailələrlə birbaşa ünsiyyət qurulub, onların ehtiyacları nəzərə alınaraq yardım göstərilib.

PAŞA Bank sosial məsuliyyət prinsiplərini fəaliyyətinin vacib istiqamətlərindən biri hesab edir. Bank müxtəlif sosial, humanitar, təhsil və mədəniyyət layihələrinə davamlı dəstək göstərərək cəmiyyətin inkişafına töhfə verir. Bank gələcəkdə də cəmiyyət üçün faydalı təşəbbüsləri dəstəkləməyə və sosial layihələrdə fəal iştirak etməyə davam edəcək.