- Открытие Зангезурского коридора создаст новые инвестиционные возможности для Азербайджана.
- Азербайджан является единственной страной, граничащей и с Ираном, и с Россией.
- Подписание мирного договора между Азербайджаном и Арменией откроет новые инвестиционные возможности, особенно в логистике.
- Заявление сделано исполнительным директором AZPROMO Юсифом Абдуллаевым на бизнес-панели 'Инвестиции в Каспийский регион' в Баку.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Xəzər regionuna investisiyalar" biznes paneli çərçivəsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu gün Qərb ilə Şərq, Şimal ilə Cənub arasında qovşaq rolunu oynayır.
"Biz dünyada həm İran, həm də Rusiya ilə sərhədi olan yeganə ölkəyik. Belə ikinci ölkə yoxdur. Bunlar həm iqtisadi baxımdan, həm də əhali baxımından çox böyük qonşulardır.
Əminik ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması yeni investisiya imkanları açacaq. Bu, ilk növbədə logistikaya aiddir. Zəngəzur dəhlizinin açılması Azərbaycana investisiyaların cəlb edilməsində çox böyük rol oynayacaq", - deyə Y.Abdullayev qeyd edib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий