- Саудовская Аравия не нормализует отношения с Израилем до создания палестинского государства.
- Позиция королевства остается неизменной.
- Президент США Дональд Трамп заявил о необходимости расширения 'Авраамовых соглашений' с участием Саудовской Аравии и Катара.
- Трамп обсуждал расширение соглашений с лидерами Саудовской Аравии, ОАЭ, Катара, Турции, Египта и Иордании.
Day.Az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Xarici mediada yayılan məlumatlarda qeyd olunub ki, krallığın mövqeyi dəyişməyib və Fələstin dövlətinin yaradılması mütləqdir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, "İbrahim sazişləri"nin genişləndirilməsi prosesi Səudiyyə Ərəbistanı və Qətərin onlara qoşulması ilə başlamalıdır.
ABŞ liderinin sözlərinə görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan, Qətər əmiri Təmim bin Həməd Əl Tani, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, İordaniya kralı II Abdullah və digər liderlərlə danışıqlar zamanı "İbrahim sazişləri"nin genişləndirilməsi müzakirə olunub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий