Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Burada da təkmilləşmə üçün imkanların mövcudluğunu və bunun edilməli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

"Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir".