- Генеральный директор ICESCO Салим бин Мухаммад аль-Малик направил поздравительное письмо президенту Азербайджана Ильхаму Алиеву.
- Письмо приурочено ко Дню независимости Азербайджана (28 мая).
- ICESCO считает Азербайджан одним из своих сильнейших партнеров.
- В письме выражена благодарность за поддержку организации и конструктивное сотрудничество.
Day.Az AZƏRTAC -a istinadən bildirir ki, məktubda deyilir:
"İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar gün böyük ölkənizin tarixində və Azərbaycan xalqının yaddaşında özünəməxsus yer tutur.
ICESCO Azərbaycanı özünün ən güclü tərəfdaşları arasında görməkdən şərəf duyur. Zati-alinizin illər ərzində təşkilatımıza göstərdiyi davamlı dəstək və həyata keçirilən konstruktiv əməkdaşlıq bütün İslam dünyasında xüsusi rəğbətlə qarşılanır.
Bu bayram münasibətlə Zati-alinizə cansağlığı, tükənməz enerji, Azərbaycan xalqına isə firavanlıq və əldə olunan böyük nailiyyətlərlə hər zaman qürur duymağı arzulayıram.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий