"Münaqişədən sonrakı şəhər yenidənqurması: Humanitar minatəmizləmənin həlledici rolu"

mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda bərpa və yenidənqurmanın əsas təməlidir:

"Böyük Qayıdış" Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.

Minatəmizləmə fəaliyyəti yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır".

V.Süleymanov vurğulayıb ki, mina təhlükəsi təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır.

"Məhz buna görə də bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir", - deyə ANAMA sədri əlavə edib.