Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da çox inkişaf və firavanlıq arzu edirəm.

Zati-alinizə hörmət və ehtiramla Qardaşınız,

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı".