«Жилищный вопрос в центре процессов восстановления и реконструкции после кризисов»
в рамках 13-й сессии Всемирного форума городов (WUF13).
Она отметила, что в таких ситуациях люди часто вынуждены годами оставаться во временных убежищах, и это особенно остро наблюдалось в таких городах, как Порт-о-Пренс (Гаити).
Л.Эрл подчеркнула, что в кризисных ситуациях зачастую преобладает мышление «люди вернутся в свои дома», однако в реальности многие люди предпочитают оставаться в городах, где уже обосновались, и строить там жизнь.
По ее словам, пока этот подход не изменится, восприятие перемещенных лиц как «временных жителей» затрудняет их интеграцию в городскую жизнь и негативно влияет на планирование услуг.
Директор отметила, что одной из основных проблем в гуманитарной системе является недостаточный учет прав на землю и собственность.
«Мы должны правильно понимать контекст каждого города и систему прав на землю. К сожалению, зачастую решения предусматриваются только для людей, имеющих право собственности, подтвержденное официальными документами. Между тем, наиболее уязвимые группы – арендаторы и неформальные поселенцы – остаются за рамками этого подхода», – сказала она.
Л.Эрл также отметила, что неправильное планирование жилых массивов, возводимых в случаях массового перемещения, приводит к серьезным последствиям.
«Жилые массивы, созданные вдали от рабочих мест и инфраструктуры, часто остаются неиспользуемыми и превращаются в "пустые города". Особенно некоторые лагеря беженцев размещаются вдали от экономических возможностей, поэтому не могут превратиться в город», – подчеркнула она.
По ее словам, идея превращения лагерей беженцев в город не всегда реализуема.
"Если у людей нет свободы передвижения и доступа к экономическим возможностям, такое пространство не может стать городом", – заявила Л.Эрл.
Она добавила, что в будущем основное внимание должно быть направлено на интеграцию перемещенных лиц в существующие города и поселения, а не на их выселение за пределы городов.
Отметим, что сегодня в Баку проходит пятый день WUF13.
В первый день форума состоялись встреча министров, посвященная Новой программе развития городов, министерский круглый стол, ассамблеи женщин и гражданского общества, бизнес-сессии и дискуссии по вопросам городского благополучия. В рамках форума также прошла церемония поднятия флагов ООН и Азербайджана.
Второй день форума ознаменовался впервые организованным Саммитом лидеров. В этот день состоялись дискуссии высокого уровня, посвященные глобальному жилищному кризису, урбанизационной политике и устойчивости городов. Также в рамках WUF13 состоялось открытие павильона города Мехико, который был представлен как важная платформа для расширения сотрудничества с латиноамериканским регионом и подготовки к WUF14.
Третий день WUF13 также запомнился обширной программой мероприятий. В этот день прошли обсуждения по таким темам, как глобальный жилищный кризис, формирование безопасных и инклюзивных городов, климатическая устойчивость, искусственный интеллект и городское управление, «зеленая» урбанизация, социальное равенство и устойчивый транспорт.
Одним из наиболее ярких событий третьего дня стало подписание меморандума о побратимстве между азербайджанским городом Шуша и турецким городом Трабзон.
Четвертый день WUF13 был отмечен обширной программой мероприятий, посвященных темам урбанизации, изменения климата, инклюзивного городского развития, жилищной политики и устойчивого управления.
Одним из важных событий Форума городов Специальной программы ООН для экономик Центральной Азии (СПЕКА), состоявшегося в четвертый день, стало объявление об официальном присоединении Алматы к «Декларации о намерениях по созданию Форума «Умные города, устойчивые к изменению климата» СПЕКА.
Также впервые в истории WUF по инициативе Азербайджана состоялся «Форум НПО WUF13: Глобальное партнерство и принятие решений» (WUF13 NGO Forum).
Форум WUF13, для участия в котором зарегистрировались более 40 тысяч участников из 182 стран, продлится до 22 мая. Мероприятие, посвященное теме «Жилье для всех: безопасные и устойчивые города и населенные пункты», объединяет правительства, международные организации, экспертов и представителей гражданского общества, служа укреплению глобального сотрудничества в области устойчивого городского развития.
Müvəqqəti sığınacaqlar illərlə davam edən problemə çevrilir - IIED direktoru
Sıx məskunlaşmış şəhər mühitlərində müvəqqəti sığınacaqlara yerləşdirilən insanların uzun müddət çadır düşərgələrində və ya ictimai məkanlarda qalmasının ciddi problemlər yaradır.
Trend xəbər verir Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunda (IIED) Tədqiqat və Strateji Təsir üzrə direktor Lusi Erl WUF13 çərçivəsində keçirilən
"Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi"
mövzusunda çıxışında deyib.
O bildirib ki, belə vəziyyətlərdə insanlar çox vaxt illərlə müvəqqəti sığınacaqlarda qalmağa məcbur olurlar və bu, xüsusilə Port-o-Prins (Haiti) kimi şəhərlərdə daha kəskin şəkildə müşahidə olunub.
L.Erl vurğulayıb ki, böhran vəziyyətlərində tez-tez "insanların evlərinə qayıdacağı" düşüncəsi üstünlük təşkil edir, lakin reallıqda bir çox insan artıq məskunlaşdığı şəhərlərdə qalmağı seçir və orada həyat qurur.
Onun sözlərinə görə, bu yanaşma dəyişmədiyi halda, köçkünlərin "müvəqqəti sakin" kimi qəbul edilməsi onların şəhər həyatına inteqrasiyasını çətinləşdirir və xidmətlərin planlaşdırılmasına mənfi təsir göstərir.
Direktor qeyd edib ki, humanitar sistemdə əsas problemlərdən biri torpaq və mülkiyyət hüquqlarının kifayət qədər nəzərə alınmamasıdır.
"Biz hər bir şəhərin kontekstini və torpaq hüquqları sistemini düzgün başa düşməliyik. Təəssüf ki, çox vaxt yalnız rəsmi sənədlərlə təsdiqlənmiş mülkiyyət hüququ olan insanlar üçün həllər nəzərdə tutulur. Halbuki ən həssas qruplar – kirayəçilər və qeyri-rəsmi məskunlaşanlar bu çərçivədən kənarda qalır", – deyə o bildirib.
L.Erl həmçinin qeyd edib ki, böyük miqyaslı köçkünlük hallarında inşa edilən yaşayış məntəqələrinin düzgün planlaşdırılmaması ciddi nəticələrə gətirib çıxarır.
"İş yerlərindən və infrastrukturdan uzaq salınan yaşayış massivləri çox vaxt istifadəsiz qalır və "boş şəhərlərə" çevrilir. Xüsusilə bəzi qaçqın düşərgələri iqtisadi imkanlardan uzaq yerləşdirildiyi üçün şəhərə çevrilə bilmir", – deyə o vurğulayıb.
Onun sözlərinə görə, qaçqın düşərgələrini şəhərə çevirmək ideyası hər zaman real olmur.
"Əgər insanların sərbəst hərəkət etmək imkanı və dolanışıq üçün iqtisadi fəaliyyətə çıxışı yoxdursa, o məkan şəhərə çevrilə bilməz", – deyə L.Erl bildirib.
O əlavə edib ki, gələcəkdə əsas diqqət köçkünlərin şəhərlərdən kənara deyil, mövcud şəhər və qəsəbələrə inteqrasiyasına yönəlməlidir.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
Beşinci gün çərçivəsində "Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil", "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma", "Akademiya", "Uşaqlar və gənclər", "Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm", "Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya", "Peşəkarlar", "Vətəndaş cəmiyyəti" və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin
"SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi"
nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Источник: trend.az
Комментарии
Загрузка…
Оставить комментарий