Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir
"Düşünürəm ki, Putinlə Si Cinpinin görüşü yaxşı oldu. Mən onların hər ikisi ilə yaxşı yola gedə bilirəm", - deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin qeyd edib ki, Putin bu görüşün keçirilməsi planları barədə onu əvvəlcədən məlumatlandırıb.
Qeyd edək ki, Rusiya Prezidenti 19-20 may tarixlərində Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə səfər edib. Görüş çərçivəsində iki ölkənin liderləri 20 birgə sənədi təsdiqləyiblər. Onların arasında çoxtərəfli (multipolyar) dünyanın formalaşdırılması və beynəlxalq münasibətlərin yeni tipinin inkişafına dair bəyannamə də yer alır.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий