Spiker bildirib ki, baş nazirlər, ayrı-ayrı sahələrə məsul nazirlər təmasdadırlar və dövlət başçılarının tapşırıqlarının vaxtında icra olunması istiqamətində müntəzəm iş aparırlar:

"İqtisadi, ticari, sənaye, investisiya, kənd təsərrüfatı və digər sahələrdə mühüm layihələr reallaşdırılır. Burada Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti xüsusi qeyd olunmalıdır. Belarus şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulmasında iştirakı da məmnunluq doğurur. Təhsil və mədəniyyət sahələrində, regionlarımız arasında qurulmuş sıx əməkdaşlıq isə xalqlarımız, xüsusən gənclərimiz arasındakı əlaqələri daha da dərinləşdirməyə imkan verir".