Bu barədə Day.Az -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 985 qram narkotik vasitə (7 kq 885 qram heroin, 4 kq 100 qram metanfetamin) və 20 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.