"Mən 2030-cu ildə Ümumdünya Şəhərsalma Forumunun 15-ci sessiyasının Yeni Daşkənddə keçirilməsini təklif edirəm. Forumun əsas mövzusu yerli icmaların şəhərlərin dayanıqlı inkişafındakı rolu olacaq. Hörmətli forum iştirakçıları, mən əminəm ki, bugünkü tədbir qarşılıqlı faydalı və perspektivli məsələlər üzrə birgə həll yollarının tapılmasına töhfə verəcək", - deyə Şavkat Mirziyoyev bildirib.
O, həmçinin Özbəkistanın gələn il Səmərqənd şəhərində mənzil tikintisinin maliyyələşdirilməsi və investisiyalar üzrə yeni yanaşmaların müzakirəsi üçün beynəlxalq forum keçirməyə hazır olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirəcək.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий