- Премьер-министр Грузии Ираклий Кобахидзе выступил на Саммите лидеров в рамках 13-й сессии Всемирного форума по городскому планированию (WUF13).
- Кобахидзе заявил, что города находятся в центре глобальных вызовов, таких как климатическая устойчивость, жилищная безопасность и социальная сплоченность.
- Грузия разрабатывает национальную концепцию пространственного развития для сбалансированного и устойчивого роста регионов.
- Усилена институциональная координация через специализированное агентство при центральном правительстве.
Gürcüstanın Baş naziri bildirib ki, bu gün şəhərlər iqlim dayanıqlılığı, mənzil təhlükəsizliyi, dayanıqlı inkişaf və sosial həmrəylik kimi bütün qlobal çağırışların mərkəzində dayanır:
"Şəhərləri necə planlaşdırmağımız, inkişaf etdirməyimiz və qorumağımız gələcək nəsillər üçün cəmiyyətlərimizin sabitliyini, rifahını və dayanıqlılığını müəyyən edəcək".
İ.Kobaxidze vurğulayıb ki, son illərdə Gürcüstanda müşahidə olunan güclü iqtisadi artımla yanaşı, balanslaşdırılmış regional inkişaf və müasir şəhərsalma bu ölkənin milli siyasətinin əsas prioritetlərinə çevrilib:
"Məqsədimiz yalnız infrastrukturun genişləndirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması deyil, eyni zamanda inkişafın dayanıqlı, regionlar arasında balanslı və vətəndaşların ehtiyaclarına uyğun şəkildə həyata keçirilməsidir.
Beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə Gürcüstan hazırda milli məkan inkişafı konsepsiyasını irəli aparır. Bu mühüm sənəd mənzil və şəhərsalma siyasətinin əsasını təşkil edir və ölkənin bütün regionlarında balanslaşdırılmış və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.
Bu islahatların effektiv həyata keçirilməsi üçün mərkəzi hökumət sistemində xüsusi ixtisaslaşmış agentlik vasitəsilə institusional koordinasiya gücləndirilib. Bu mexanizm uzunmüddətli planlaşdırmanı dəstəkləyir və şəhər transformasiyasının strateji baxış, davamlılıq və effektiv idarəetmə əsasında həyata keçirilməsini təmin edir".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий